Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək Hadisə

Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək.

İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər.

Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.