15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir Hadisə

15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qalınlığı bir qədər çox, yəni 15 mikrondan çox olan polietilen torbaların alıcılara pulla təklif olunması ilə bağlı təkliflər hazırlayıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı” proqramında bildirib.

Onun sözlərinə görə, bu təklifin reallaşması polietilen torbaların, o cümlədən plastik materiallardan hazırlanan tullantıların azaldılmasına kömək edəcək.