Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu Hadisə

Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu

Hindistanın Aqra şəhərində Tac-Mahal məqbərəsi təxliyə olunub.

Trend-in məlumatına görə, yerli polis məqbərə yaxınlığında bomba yerləşdirilməsi barədə zəng daxil olduğunu bildirib.

Bununla əlaqədar olaraq, məqbərədə olan turistlər təxliyə olunub, bölgəyə giriş-çıxış bağlanıb.

Qeyd olunur ki, mütəxəssislərin keçirdiyi axtarış hər hansı bir nəticə verməyib.

Hazırda təhdid zəngini edən şəxsin axtarışları aparılır.