
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilan rayonunda inşa olunacaq.
Jurnalistlər Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində hava limanının inşa ediləcəyi ərazidə olublar.
Bildirilib ki, hava limanının uçuş-enmə zolağı 3 km olacaq. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.
Aeroport istismara verildikdən sonra istər yerli sakinlər, istər bu ərazilərə səfər edəcək turistlər, istərsə də yükdaşıma üçün əlverişli olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyub.