Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
29 İyun 2021 11:42
1 778
Heç bir halda polis həmin tədbirə gedib müdaxilə etməyəcək və insanların əyləndiyi zaman yaxınlaşıb, toyun gedişatına mane olmayacaq.
Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, bütün normalar mərasimin təşkilinə 5 gün qalmış tənzimlənəcək.
"Tələb odur ki, yalnız toya qədər 5 gün ərzində tərəflər məlumatlandırılsın. Heç bir halda polisin marağında deyil ki, hansısa vətəndaşın şad günündə ona müdaxilə etsin. Ona görə güclü təbliğat aparırırq ki, vətəndaşlarımız elementar normaları bilsinlər. Əgər orda qayda pozulursa, barələrində inzibati məsuliyyət tədbiri nəzərdə tutula bilər. Ona görə də bu, qarşılıqlı hörmətə əsaslanmalıdır. Vətəndaşdan tələb olunan odur ki, qaydalara riayət etsin".