
Tehran-Putin görüşü: Yaxın Şərq müzakirə olundu
23 İyun 17:36
23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
Ermənilər 1918-ci il 31 martda törətdiyi soyqırımı 75 il sonra bir daha Kəlbəcərdə əliyalın, günahsız insanlara qarşı törətdilər.
Trend-in məlumatına görə, bu sözləri bir qrup Kəlbəcər sakinlərinin Kəlbəcərə səfəri zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional idarəetmə və status şöbəsini müdiri Sənan Hüseynov bildirib.
O qeyd edir ki, 1993-cü ildə Kəlbəcərə hər tərəfdən hücumlar vardı.Qocaların və uşaqların bu tuneldən çıxarıldığı zaman erməni yaraqlıları Ağdərə istiqamətindən gəlib, tunelin çıxışını bağladılar.Tunelin bir çıxışı olduğundan iki maşınının yan-yana hərəkəti mümkün deyildi. Maşınlar tuneldən çıxdığı zaman ermənilər maşındakı insanları qətlə yetirirdi:
“Günəşli kəndindən gələn qoca və uşaqlardan ibarət maşının qarşısını kəsən düşmən beş nəfəri dərhal öldürdü, on doqquz nəfəri girov götürdü.Yalnız on üç yaşlı uşaq oradan sağ çıxaraq xəbər vermək üçün geri qayıtdı. Daha sonra tuneldən keçməyə çalışan bir ailənin yeddi üzvü qətlə yetirildi.Sağ qalan uşaq geri dönüb ermənilərin yolu zəbt etdiyini bildirdikdən sonra insanlar dağ yolu ilə getməyə başladılar.”
Ömər aşırımı ilə gələrkən Kəlbəcərin çətin relyefi olduğunu qeyd edən sakin: “Prezidentimizin siyasi iradəsi nəticəsində Kəlbəcər bir güllə belə atılmadan azad edildi bunun üçün çox minnətdarıq.”