
Tehran-Putin görüşü: Yaxın Şərq müzakirə olundu
23 İyun 17:36
23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin silahlı qüvvələrinə İsrailin hücumlarından qorunmaq üçün hərbi əməliyyatlar apardığına görə təşəkkür edib.
"İsraili təcavüzünə görə cəzalandırmaq üçün qüdrətli silahlı qüvvələrimizin hərbi əməliyyatı son dəqiqəyə qədər, saat 04:00-dək davam edib. Bütün iranlılarla birlikdə sevimli ölkəmizi son damla qanına qədər müdafiə etməyə hazır olan və düşmənin hər hücumuna son dəqiqəyə kimi cavab verən silahlı qüvvələrimizə təşəkkür edirəm”, - deyə Əraqçi X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əvvəl nazir ABŞ prezidenti Donald Trampın Təl-Əvivlə atəşkəs razılaşması ilə bağlı bəyanatını təkzib edib, lakin İsrailin iyunun 24-də yerli vaxtla saat 04:00-a qədər zərbələri dayandıracağı təqdirdə İranın hərbi əməliyyatlara davam etməyəcəyini bildirib.
Cavid