Səyyad Əlizadənin son vəziyyəti açıqlandı Hadisə

Səyyad Əlizadənin son vəziyyəti açıqlandı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Trend-ə müğənninin qardaşı Səccad Əlizadə məlumat verib.

"O bildirib ki, qardaşı süni tənəffüs aparatına qoşulub. ECMO cihazına qoşulmasını isə həkimlərin məşvərətindən sonra məlum olacaq.

Ümumilikdə isə S.Əlizadənin vəziyyətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır. "

Xatırladaq ki, S.Əlizadə 15 gün əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb.