20 İyun 11:25
20 İyun 10:38
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
1 Oktyabr 2021 11:53
3 514
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb. İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Hazırda onun barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
21 İyun 09:34
1 358
20 İyun 22:02
1 841
20 İyun 20:57
1 701
