Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
7 Oktyabr 2021 12:57
3 367
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi sentyabr ayından başlayaraq Mingəçevir şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.
Dörd ay müddətində fəaliyyət göstərəcək mərkəzə cəlb olunmuş aztəminatlı ailələrdən olan, eyni zamanda sağlamlıq imkanı məhdud 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərilir. Uşaqlara gündəlik inkişaf xidmətləri göstərilməklə bərabər psixoloji dəstək verilir. Həmin uşaqların intellektinin inkişafıyla bağlı pedaqoq və tərbiyəçilər müxtəlif oyunlar təşkil təşkil edir, məktəb yaşlı uşaqların ev tapşırıqlarının həllində uşaqlara yardımçı olmağa çalışırlar. Hər bir uşağın maraq və qabiliyyəti nəzərə alınaraq onların özünəxidmət bacarıqlarının artırılması və təxəyyülünün inkişaf etdirilməsi məqsədilə müxtəlif dərnəklər təşkil olunur.
Mərkəzin fəaliyyəti haqqında yerli İcra Hakimiyyəti birlik tərəfindən rəsmi olaraq məlumatlandırılıb.
Cavid
09:34
1 302
20 İyun 22:02
1 785
20 İyun 20:57
1 638

