O taya, bu taya vurğunam, ellər… Mədəniyyət

O taya, bu taya vurğunam, ellər…

Güney Azərbaycan poeziyasında və ümumiyyətlə, poeziyamızda sağlam, aydın mənəvi fikri istiqamətini qoruyub saxlamaq, yeni keyfiyyətlərlə zənginləşdirmək Məxməlin şeirlərinin də ən səciyyəvi məziyyətlərindəndir. Məxməl İşığın yaradıcılığı öz nəfəs genişliyi, əhatə dairəsi, gücü və mübarizə eşqi ilə "qadın poeziyası" deyilən şərti anlayışı dağıdır, eyni zamanda ədəbi həyata qədəm basandan bəri həm də nəcib, ülvi qadın qəlbinin işığını, hərarətini, kövrəkliyini və əlvanlığını qoruyub saxlayır:

Bülbüləm qalmışam bu dar qəfəsdə,
Susub nəğmələrim, yoxdur həvəs də.
Qulağa çatmayır daha bir səs də,
Təklikdən gəlmişəm zara, bülbülüm.

Xəzanlar vurubdur gözəl bağımı,
Sındırıb kökündən gül budağımı.
Çən, duman bürüyüb güllü dağımı,
Bu qədər yalvarma, xarı bülbülüm.

Hicran xəstəsiyəm, yorğunam, ellər,
Xəzanlar görmüşəm, solğunam, ellər.
O taya, bu taya vurğunam, ellər,
Ürəyi qəmlərdən yara bülbülüm.

Gözələ söyləyin, geyməsin qara,
Aç qara zülfünü gözəlim, dara.
Karıxıb yanaşma bu çay kənara,
Boğulub bu çayda "Sarı" bülbülüm...

Çağdaş Güney Azərbaycan poeziyasında siyasi-publisistik üslubla yanaşı, analitik-psixoloji üslubun müxtəlif çalarlarına və şəkillərinə müraciət olunur və bundan poeziyanın mənəvi-etik məzmunu daha da dolğunlaşır. Bu mənada şeirimiz İbrahim Zahidin, Piruz Dilənçinin, Məlihə Əzizpurun, Miyana xanımın, Lalə Cavanşirin, Rizvanə xanımın, Nigar Xivainin, Türkan Nəsimin, Qulamrza Səbri Təbrizinin və başqa şairlərin yaradıcılığının timsalında mühüm yeniliklər mənimsənilib.
Piruz Dilənçi lirikası əsas daxililik, düşüncə intonasiyası, həyatın şairanə təzahürlərinin həssaslıqla duyumu bu şeirlərin də məziyyətlərindəndir. Şairi ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı maraqlandırmır. O, həmişə yalnız isti bir fikrin nüfuz edə bildiyi gizli, daxili, həqiqi mahiyyətin kəşfi, icadı üçün axtarışa çıxır, ən adi, real həyati süjetə və fakta da simvolik məna verə bilir. Şairin şeirlərinə ümumilikdə xas olan cəhətlərdən biri də odur ki, şair təsvir etdiyi hadisələri daxilən yaşayır, onu öz "mən"inin bir parçasına çevirir, Təbrizdən yazanda Təbrizə, Arazdan yazanda Araza çevrilir. Piruz Dilənçinin poeziyasında da eyni xəttlər, eyni çalarlar mövcuddur:

Böyük bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam.
Özbəyəm, qırğızam, türkəm,qazaxam,
Qardaş vay, soydaş vay, elim-obam vay!
Vətəndən Vətənə gedən yolum vay!

Güney Azərbaycanda poeziyanın mövqeyi, müasirliyi, taleyi fəlsəfi və estetik fikri həmişə düşünülüb. XXI əsrin ilk onilliyində baş verən hadisələrin, eyni zamanda texniki tərəqqinin demək olar ki, işıq surətilə inkişaf etməsi dövründə poeziya və təbiət, əxlaqda və mənəviyyatda oynadığı müstəsna rol Güney Azərbaycan poeziyasında öz yerini tapıb. Müasir informativ və intellektual inkişafda texniki tərəqqinin etdiklərini Şimali Azərbaycanda poeziya mənəviyyat və əxlaq sahəsində edir. Bütünlükdə Azərbaycan poeziyasının, o cümlədən, son on ildə ədəbi mərhələnin başlanğıcı, bünövrəsi kimi səciyyələndirən keyfiyyətlər özünəməxsus cizgilərlə, ştrixlərlə təzahür edib. Bu başlanğıc ədəbi hərəkatın sonrakı inkişaf meyli haqqında da artıq müəyyənləşmiş fikir yürütməyə imkan verir. Bu müddət ərzində yazılmış şeirlərin oxunuşundan, təhlilindən hasil olan güclü təəssürat budur ki, inkişafın hazırki mərhələsində Güney Azərbaycan şeirində yenə də hər şeydən əvvəl lirik başlanğıc, dünyanı şəxsi həyəcanlarla təqdim etmək xüsusiyyəti aparıcıdır: lirika bu poeziyanın janr-üslub hərəkətinin əsas istiqamətidir. Bir çox şairlərin poeziyası böyük coşğunluqdan və ehtiraslardan hərəkətə gəlir, sözün zamanla səslənməsini təmin edir, sözün mənəvi kontekstini zənginləşdirir. Onları daim düşündürən mövzu, mətləb və problemlər bunu bir daha təsdiq edir.
Güney Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabların elə təkcə adları ilə tanışlıq kifayətdir ki, poeziyamızın mənzərəsini daha geniş ehtiva edən ən səciyyəvi əlaməti müəyyənləşdirib ayıra bilək. Bu "haray", çağırış anlayışı ilə bağlıdır. "Parçalanmış millətin harayı", "Səssiz haray" və bir çox başqa kitabların mərkəzində Vətən həsrətiylə, vüsal arzusuyla, ayrılıq naləsiylə birlikdə xalqımızın mənəvi aləminin, düşüncə və əməl dünyasının bədii boyalarla təsviri, geniş, epik planda görüntülənməsi Güney Azərbaycanda nəzm prosesini daha aydın səciyyələndirməyə başlayır və məlum olur ki, burda şairlər nəinki müstəqil, fərdi ədəbi nəsil kimi möhkəmləniblər, artıq öz sıralarında olduqca maraqlı, orijinal poetik fərdiyyətlər də ayırıb irəli sürə biliblər.
Dünyamız və epoxamız bu şeirdə insanın məhz insan kimi taleyinə, fərdiyyətinə və mahiyyətinə daha həssas münasibətdə görünür. Bu poeziya dünyamıza daha açıq gözlə baxan və hadisələrə daha obyektiv qiymət verə bilən "insan" konsepsiyasının işığında nəzər salır, mənəviyyat və əxlaq ideallarını məhz bu təlimin sınağında yoxlayır və təshih edir. Dünyanın taleyi üçün məsuliyyət bu şeirdə ayrılıqda hər kəsin "şəxsi işi" kimi fərdiləşmə, "sən yanmasan, mən yanmasam..." səviyyəsində əyaniləşə bilir. Zamanın həyəcan və qayğılarına fərdi münasibət, müasirliyin əxlaqi ziddiyyətlərindən doğan fərdi narahatlıq get-gedə güclənir. Bu poeziyanın əhvali-ruhiyyəsi daha mürəkkəb olmağa başlayır, onda daxili psixolojizm və dramatizm artır. Özü də poetik inkişafın ümumi istiqamətini göstərən xətdə ən müxtəlif, ən mürəkkəb "əyrilər" bir-birini əvəz edir və poeziyanın "nəsil dəyişimi" "gur şeirdən sakit şeirə" sxemi ilə ifadə olunur. "Vətən" – "Azərbaycan" deyəndə keçmişimiz, zəngin tariximiz, rəngarəng sənət dünyamız və bu dünyanı zinətləndirən, nadir incilər yaradan şəxsiyyətlər haqqında yaddaşımızın illər boyu hifz edib saxladığı fikirlər çözələnir beynimizdə.
Söz mülkünün şahı Nizami, təsəvvüf şairi Nəsimi, şifahi şeirlər yazmaqla yanaşı ana dilimizi dövlət dili, ədəbiyyat dili elan edən Xətayi, ana dilimizə xor baxanlara türkdilli şeir inciləri ilə cavab verən dünyanın bütün xəzinələrindən daha ağır gələn, artıq beş yüz ildən artıq bir müddətdə qəlbimizin fəth edən dahi Füzuli və onların xələfləri... Həmişə olduğu kimi eşidirik, duyuruq onların min bir əzabla, məşəqqətlə yaşayıb yaratdıqları şeirlərindəki ahı, naləni, fəryadı, ürəklərində yaşatdıqları arzunu, muradı, bir ömür də yaşadıqları amalı, məqsədi...
İllərlə ağızdan-ağza keçən, nəhayət, yazıya köçürülən, dünənimizi əks etdirən "Divan ədəbiyyatı" adlanan nadir söz inciləri bu gün bizim üçün yazılı abidədir. Babalarımız dünəni bizə bu cür çatdırıblar. Güney Azərbaycan poeziyasında və ümumiyyətlə, poeziyamızda sağlam, aydın mənəvi fikri istiqamətini qoruyub saxlamaq, yeni keyfiyyətlərlə zənginləşdirmək Məxməlin şeirlərinin də ən səciyyəvi məziyyətlərindəndir. Məxməl İşığın yaradıcılığı öz nəfəs genişliyi, əhatə dairəsi, gücü və mübarizə eşqi ilə "qadın poeziyası" deyilən şərti anlayışı dağıdır, eyni zamanda ədəbi həyata qədəm basandan bəri həm də nəcib, ülvi qadın qəlbinin işığını, hərarətini, kövrəkliyini və əlvanlığını qoruyub saxlayır:
Çağdaş Cənubi Azərbaycan poeziyasında siyasi-publisistik üslubla yanaşı, analitik-psixoloji üslubun müxtəlif çalarlarına və şəkillərinə müraciət olunur və bundan poeziyanın mənəvi-etik məzmunu daha da dolğunlaşır. Bu mənada şeirimiz İbrahim Zahidin, Piruz Dilənçinin, Məlihə Əzizpurun, Miyana xanımın, Lalə Cavanşirin, Rizvanə xanımın, Nigar Xivainin, Türkan Nəsimin, Qulamrza Səbri Təbrizinin və başqa şairlərin yaradıcılığının timsalında mühüm yeniliklər mənimsənilib. Piruz Dilənçi lirikası əsas daxililik, düşüncə intonasiyası, həyatın şairanə təzahürlərinin həssaslıqla duyumu bu şeirlərin də məziyyətlərindəndir. Şairin ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı maraqlandırmır. O, həmişə yalnız isti bir fikrin nüfuz edə bildiyi gizli, daxili,həqiqi mahiyyətin kəşfi, icadı üçün axtarışa çıxır, ən adi, real həyatı süjetə və fakta da simvolik məna verə bilir. Şairin şeirlərinə ümumilikdə xas olan cəhətlərdən biri də odur ki, şair təsvir etdiyi hadisələri daxilən yaşayır, onu öz "mən"inin bir parçasına çevirir, Təbrizdən yazanda Təbrizə, Arazdan yazanda Araza çevrilir. Piruz Dilənçinin poeziyasında da eyni xəttlər, eyni çalarla mövcuddur.

Böyük bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam.
Özbəyəm, qırğızam, türkəm,qazaxam,
Qardaş vay, soydaş vay, elim-obam vay!
Vətəndən Vətənə gedən yolum vay!

Güney Azərbaycanda poeziyanın mövqeyi, müasirliyi, taleyi fəlsəfi və estetik fikri həmişə düşünülüb. XXI əsrin ilk onilliyində baş verən hadisələrin, eyni zamanda texniki tərəqqinin demək olar ki, işıq surətilə inkişaf etməsi dövründə poeziya və təbiət, əxlaqda və mənəviyyatda oynadığı müstəsna rol Güney Azərbaycan poeziyasında öz yerini tapıb.

Vüqar Əhməd
professor