Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili sökülüb Mədəniyyət

Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili sökülüb

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikilən hasar sökülüb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir.

Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.

Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyini pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.