Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı Mədəniyyət

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik:

7 dekabr - Bakı Kamera Orkestrinin konserti

8 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

9 dekabr - “Cartier” firmasının tədbiri (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

12 dekabr - Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

13 dekabr - “Yaşayan ənənə” Qaraçay-Çərkəz Respublikasının Dövlət Filarmoniyasının artistlərinin iştirakı ilə konsert (“Elbrus” Dövlət Rəqs Ansamblı)

14 dekabr - Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

19 dekabr - Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 100 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

20 dekabr - Dahi sənətkar Bülbülün xatirəsinə həsr olunmuş Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində “Bülbül Vokal Məktəbi” adlı konsert (Opera və Balet Teatrının Simfonik Orkestri)

21 dekabr - Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

22 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi məktəbi (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

23 dekabr - Əməkdar artist, tar ifaçısı Əliağa Sədiyevin konserti

26 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

27 dekabr - RED events təqdimatında “Harry Potter” (Mystery Ensemble).