BƏƏ-nin BMT-dəki keçmiş Daimi Nümayəndəsi Lana Nuseybeh BMT Baş katibi vəzifəsinə namizəddir
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Əhmədlidə "Ab-hava" restoranında qətl törətməkdə ittiham olunan iki nəfər həbs olunub - YENİLƏNİB
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqlənib
1 Mart 2025 13:36
9 478
Fevralın 28-də Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub.
Muzeyin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.
Şəhanə Yusufovanın aparıcılığı ilə baş tutan tədbirdə dəyərli yazıçı Ç.Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.
Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.


