Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Təyyar Salamoğlu: ədəbi portret cizgiləri

Təyyar Salamoğlu: ədəbi portret cizgiləri Mədəniyyət

Təyyar Salamoğlu: ədəbi portret cizgiləri

2-ci yazı

Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabı eyni zamanda müasir Azərbaycan ədəbi düşüncəsinin yeni metodoloji paradiqmasıdır. Kitabın ən önəmli və mühüm cəhətlərindən biri müəllifin bəzi məqalələrdə birbaşa, bəzilərində isə toxunaraq öz metodoloji baxışlarını gerçəkləşdirməsidir. Bu, filologiyamızda ən mühüm məqamlardan biridir.
Biz bu məsələ haqqında yeri gəldikcə bəhs edir, Azərbaycan folklorşünaslığı və filologiyasında metod məsələsində yaranmış absurdu daim vurğulayırıq. Müasir Azərbaycan filologiyası öz "yeniyetməliyinə" baxmayaraq, keçən əsrin 30-40-cı illərində rus filologiyası ilə ayaqlaşmağa çalışırdı. Bu işdə həmin dövrdə BDU-da işləyən rusdilli alimlərin böyük rolu var idi. O vaxt elmin üfüqlərində Hənəfi Zeynallı kimi nəzəriyyəçinin boyu görünürdü. 37-nin repressiyaları bütün boy verənlərin hamısının boynunu vurdu. 60-70-ci illərdə filoloji fikirdə bəzi intellektləri çıxmaq şərtilə aşınma başlandı və bizdə sovet filologiyasının absurda qədər ideolojiləşdirilmiş, dünya (o dövrdəki adı ilə: burjua) ədəbi-nəzəri fikrindən, o cümlədən qabaqcıl, mütərəqqi rus filologiyasının özündən də təcrid olunmuş "milli ədəbiyyatşünaslıq" yarandı. Müstəqillik dövründə ədəbi-nəzəri fikirdə "köhnələrə" münasibətdə sərhəd, ölçü-biçi bilməyən, kor-koranə inqilab həm də bu faktordan qaynaqlanır. "Post..."lar çürüməkdə olana qarşı birmənalı şəkildə qərb ədəbi-nəzəri modelini qoyurlar: əvvəlki ifrat, bu isə təfrit. Həqiqət isə nə ifratda, nə də təfritdə deyil, bu ikisinin vəhdətindədir. Bu cəhətdən, Salamoğlu köhnə ilə yeninin arasında elə bir sahədədir ki, orada ədəbi-nəzəri düşüncə öz kökləri, öz dayaqları, öz əsasları üzərində durur. Bu, milli ədəbi düşüncə məkanıdır. İfratla təfritin çarpışmasının qaldırdığı qatı toz dumanında görünməyən bu məkanda Salamoğlu nə üzərində durduğu, boya-başa çatdığı ədəbi-nəzəri məkanı dağıtmaqla, nə də bütün hallarda bu köklərə bağlı olan "post..."lara qarşı qılınc çəkməkdədir. O, milli ədəbi-nəzəri məkanı barışmaz ziddiyyətlərin müstəvisi kimi yox, əksliklərin vahidin üzlərini təşkil etməsi kimi təsəvvür edir. Bizim mə- kanın dialektikasında vahidin iki üzü var. Müəllifə görə, bu üzlər vahidi yarada (təşkil edə) biləndə milli ədəbiyyat və ədəbiyyatşünaslıq öz varlığını sürdürə bilir. Salamoğlunun kitabın "Ədəbiyyatşünaslıq" bölməsində verilmiş "Sovet dövrü Azərbaycan ədəbiyyatının elmi-nəzəri və metodoloji aspektləri" və "Çağdaş ədəbi proses" bölməsində verilmiş "Ədəbiyyat nəzəriyyəsinin elmi-metodoloji aspektləri" məqa- lələrinin mahiyyətində bu baxışlar durur. Məhz bu baxışlar müəllifə "post..."lar kimi üzərində boy atdığı bünövrəni dağıtmağa yox, yenidən "yaratmağa" imkan verir.
Birinci məqalədə "Azərbaycan sovet ədəbiyyatı", "Sovet dövrü Azərbaycan ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" konseptlərinin məna sahələri arasında epistemoloji əməliyyat aparan müəllif nominativ işarə ilə aksioloji dəyərin uyarlığını əsas götürür. O yazır ki, "sovet siyasi rejimi zamanında Azərbaycan ədəbiyyatının çağdaş dövrü "Azərbaycan sovet ədəbiyyatı" kimi müəyyənləşdirilmişdi. Milli müstəqillik vaxtı 20-ci illərdən sonrakı dövrün ədəbiyyatını necə adlandırmaq məsələsi ortaya çıxanda "Azərbaycan sovet ədəbiyyatı" anlayışının "Sovet dövrü Azərbaycan ədəbiyyatı" və ya "Müasir Azərbaycan ədəbiyyatı" anlayışları ilə əvəz olunması daha çox məqbul göründü. Bu, mexaniki bir əvəzlənmə olmayıb, ciddi metodoloji səciyyə daşıyırdı. "Sovet dövrü Azərbaycan ədəbiyyatı" və ya "Müasir Azərbaycan ədəbiyyatı" anlayışları "Azərbaycan sovet ədəbiyyatı" anlayışından fərqli olaraq 20-ci illərdən sonra yaranan ədəbiyyatı ancaq "sovet ədəbiyyatı" kimi yox, sovet dövründə yaranan Azərbaycan ədəbiyyatı kimi dərk və qəbul etməyə metodoloji əsas verirdi. Məsələ bura- sındadır ki, 20-ci illərdən sonra yaranan Azəarbaycan ədəbiyyatı ancaq sovet ədəbiyyatı nümunələrindən ibarət deyildi. Bu ədəbiyyatın sırf milli ədəbiyyat qolu da var idi".
Terminlər məntiqi yanaşmanın xüsusi işarələridir. Məntiqi düşüncə ilə termin arasında mürəkkəb münasibətlər mövcuddur. Salamoğlu milli ədəbi düşüncənin bu sahəsinə daxil olmaqla sözün həqiq anlamında epistemoloji əməliyyat aparır. N.N.Puqaçova yazır ki, epistemologiya fəlsəfənin bölməsidir və burada idrakın təbiəti, biliyin gerçəkliyə münasibəti kimi problemlər öyrənilir, idrak prosesinin ümumi əsasları tədqiq edilir və idrakın həqiqiliyinin şərtləri aşkar edilir. Episte- mologiya üçün, bir qayda olaraq, idrak prosesinin bütün səciyyəsi yox, ancaq biliyin əldə edilməsinə gətirən, başqa sözlə, dünyadakı işlərin real vəziyyətini təsvir etməklə həqiqilik əlamətlərinə malik olan cəhətlər əhəmiyyət daşıyır. N.S.Avtonomova da göstərir ki, "epistema" biliyin ümumi məkanı, "varlıq qaydasının" təsbit etmə üsulu, "əşyalar" və "sözlər" arasında birbaşa nəzərlərdən gizlin qalan münasibətlər şəbəkəsidir.
Salamoğlu sovet dövrü Azəarbaycan ədəbiyyyatını epistemoloji müstəviyə gətirərərək təsdiq edir ki, "Azərbaycan sovet ədəbiyyatı" anlayışı 20-30-cu illər ədəbi materalının nümunəsində "biliyin gerçəkliyə münasibətini" uyğun şəkildə əks etdirmir və bu mənada həmin anlayışda "idrakın həqiqiliyi" öz təsdiqini tapmır. O yazır ki, "bu gün biz həmin əsərlər haqqında danışarkən, onlara münasibət bildirərkən birbaşa bədii materialdan çıxış etmirik, sovet tənqid və ədəbiyyatşünaslığının həmin material, əsər, yaxud yazıçı, yaxud şair haqqında formalaşdırdığı rəydən çıxış edirik. Biz inersiya ilə mülahizə yürüdür, mövqe nümayiş etdiririk. Hər hansı bir sənətkar haqqında, əsər haqqında söylədiklərimiz bizim fərdi idrakımızın nəticəsi deyil, sovet dövrü ədəbiyyatının önündə gedən, onun haqqında rəy formalaşdıran tənqid və ədəbiyyatşünaslığın qənaətləridir".
Qeyd edim ki, Salamoğlu bu yazısına "Sovet dövrü Azərbaycan ədəbiyyatının elmi-nəzəri və metodoloji aspekt- ləri" adını qoyub. Və mən öz yazımda (öz müəlliflik haqqım- dan istifadə edərək) alimin bu məqaləsini onun funksional- semantik mahiyyətinə əsaslanaraq "Azərbaycan ədəbiyyatşünaslığına epistemoloji çağırış" adlandırmaq həvəsindən də yan keçə bilmirəm. Bu cəhətdən, yuxarıda sitat verdiyimiz fikri əsasında T.Salamoğunun sovet dövrü Azərbaycan ədəbiyyatına metodoloji baxışlarını səciyyələndirmək, yanaşma tərzinin üsul və prinsiplərini müəyyənləşdirmək istəsək, aşağıdakı tezisləri əldə etmiş olarıq. Beləliklə, Salamoğluna görə:
– Azərbaycan ədəbi-nəzəri fikir tarixində "sovet" işarəsi ilə işarələndirilmiş bütün ədəbiyyatın yeganə dəyərləndirmə meyarı bədii mətnin özüdür. Bədii mətn çoxyaruslu məna sistemidir: gerçəklik mətndə müxtəlif məna səviyyələrində inikas olunmaqla onu "çox zəngin məna potensialından" ibarət sistem kimi təşkil edir. Müasir ədəbiyyatşünaslıq istər bədii gerçəkliyə (mətnə), istər onun gerçəkləşdiricisinə (yazıçıya), istərsə də gerçəkləşənin (varlığın) özünə münasibətdə məhz bədii mətn məkanını çıxış nöqtəsi kimi götürməlidir. Bədii mətn öncə "Gerçəklik-Gerçəkləşdirici-Gerçəkləşmə" prosesinin məhsu- ludur. Sonda proses bədii mətnin strukturuna çevrilir. Buna görə də, Salamoğlu belə hesab edir ki, "sovet" epiteti ilə işarələnən bütün bədii mətnlər "yenidən oxunmalıdır". Bu metodoloji yanaşma müəllifin İ.Əfəndiyevin yaradıcılığından bəhs edən bir məqaləsində "tarixin yenidən "oxu"su və bərpası" adı altında tövsif olunmuşdur.
– Müasir Azərbaycan ədəbiyyatşünaslığı "sovet" işarəsi ilə işarələndirilmiş ədəbiyyata yanaşmada "sovet tənqid və ədəbiyyatşünaslığının həmin material, əsər, yaxud yazıçı, yaxud şair haqqında formalaşdırdığı rəydən çıxış edilməsi" ənənəsindən imtina etməlidir. Salamoğlunun bu çox ciddi metodoloji tezisi ("iddiası") özünə münasibətdə ehtiyatlı yanaşma tələb edir. Çünki müəllifin "inersial qiymətləndirmə və təhlil" hesab etdiyi bu yanaşmadan imtinanın "bətnində" sovet tənqid və ədəbiyyatşünaslığının özündən imtina səciyyəsini də görmək olur. Yəni bu, "inqilabi dağıdıcılıq" çağırışı kimi də dəyərləndirilə bilər. Lakin "T.Salamoğlu" fakturası müasir ədəbi-nəzəri fikir üçün "qəfildən peyda olan" subyekt yox, artıq ədəbi-nəzəri məkanda yeri, rolu məlum olan, bu məkanın qurucuları səviyyəsinə qalxmış ədəbi simadır. O, ədəbi missiyası etibarilə "inqilabçı" yox, "təkamülçü"dür. Dağıtmaqla yox, yaradıcı kombinasiyalarla məşğuldur. Peşəsinin peşəkarı kimi, yüksək sinir gərginliyi tələb edən işlərdə yalnız peşəkarlara üz tutur. Onun içərisinə öz "mən"ini də zəruri element kimi daxil etdiyi "biz" anlayışı... (məhz – S.R.) professional tənqid və ədəbiyyatşünaslığı nəzərdə tutur". Belə kombinator-təkamülçü yanaşma Salamoğluna postmo- dernist estetikanı sosrealist ədəbiyyatın "yeni estetikasının" içərisində görməyə və götürməyə imkan verir: "Postmodernist tənqidin bədii mətnin "öz strukturu etibari ilə bitib-tükənməz məna potensialı doğurması" (Q.Quliyev) tipli estetik prin- sipləri, nə qədər qəribə səslənsə də, bizim üçün sosrealist ədəbiyyata yanaşmanın elmi-metodoloji meyarı ola bilər".
- Müasir Azərbaycan ədəbiyyatşünaslığında "sovet" işa- rəsi ilə işarələndirilmiş ədəbiyyata yanaşmada "fərdi idraki" münasibət əsas metodoloji davranış formasına çevrilməlidir. Salamoğlunun bu fikri, bizim fikrimizcə, alt məna qatlarına, yaxud "zəngin məna potensialına" malikdir. Bu cəhətdən "fərdi münasibət" anlayışı sovet epoxasında qanlı repressiyalarla kollektiv qəliblərə oturdulmuş "fərdin (ədəbi) idrakının" hələ də davam etməkdə, yeni dövrdə yeni pöhrələr verib, yeni zamanı öz rənginə bələməkdə olan sovet ədəbi şüurunun "inersial" ədəbi buxovlarından xilas olmasını nəzərdə tutur. Lakin Salamoğlunun "fərdi idraki" münasibət konsepti təkcə "köhnə" buxovlardan azad olmağı yox, "postzamanda" azadlığın şüurlarda oyatdığı fizioloji mənşəli dağıdıcı patalogiyalardan qorunmağı da nəzərdə tutur.
Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabı eyni zamanda müasir Azər- baycan ədəbi düşüncəsinin yeni ədəbi tənqid paradiqmasıdır. Bu paradiqma T.Salamoğlu ədəbi simasına münasi- bətdə fərqləndirici işarə kimi işlətdiyimiz "kombinator-təkamülçü" səciyyələndirmə formulunun məna sahəsini (semantik keyfiyyətini) prosessual-funksional müstəvidə müşa hidə etmək imkanı verir.

Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru