“Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir
“Səhv düşəndə yerimiz...” – Xalq şairi Qabilin anadan olmasından 100 il ötür
Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Tehrandan Xamenei açıqlaması: Düşmənlərin təhdidləri səbəbindən gizli saxlanılır
12:41
462
Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr edilmiş “Xalq şairi Qabil - 100” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə şairin şeirləri, tərcümələri, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabil İmamverdiyevin yaradıcılığı lirizmi, humanist ideyaları, sosial və mənəvi problemlərin bədii ifadəsi ilə seçilib. Şairin “Nəsimi” mənzum romanı, “Ömrün həbləri” satirik romanı, rübailəri, uşaqlar və yeniyetmələr üçün yazdığı “Nağaraçı” kitabı, eləcə də “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi poetik nümunələri yaradıcılığının əsas məqamlarını təşkil edir.
12:41
448
10 Avqust 11:21
1 204
7 Avqust 11:27
1 932