“Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir
“Səhv düşəndə yerimiz...” – Xalq şairi Qabilin anadan olmasından 100 il ötür
Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Tehrandan Xamenei açıqlaması: Düşmənlərin təhdidləri səbəbindən gizli saxlanılır
12:42
448
“Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində ən çox qələbə qazanan və qol vuran komandadır.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu turnirdə keçirdiyi 6 oyunun beşində qalib gəlib, birində isə uduzub. Komandanın yeganə məğlubiyyəti III raundda Danimarkada “Orxus”a qarşı ilk matçda qeydə alınıb - 1:2. Valdas Dambrauskasın başçılıq etdiyi komanda cavab görüşündə isə bu rəqibi 4:0 hesabı ilə üstələyərək pley-offa vəsiqə qazanıb.
“Bayquşlar”, həmçinin qitənin ən nüfuzlu klub turnirdə bu mövsüm ən çox qol vuran komandadır. Bakı klubu rəqib qapılarından 12 top keçirib.
Qeyd edək ki, “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.
11:02
518
11 Avqust 16:45
805
11 Avqust 14:27
861