“Sabah” bu mövsüm Çempionlar Liqasında qələbə və qol sayında liderdir
“Səhv düşəndə yerimiz...” – Xalq şairi Qabilin anadan olmasından 100 il ötür
Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Tehrandan Xamenei açıqlaması: Düşmənlərin təhdidləri səbəbindən gizli saxlanılır
11:50
784
ABŞ İrana qarşı nüvə silahından istifadə etməyə cəhd edərsə, onun dünyadakı bütün hərbi bazaları ələ keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — Silahlı Qüvvələrin elitar hissələri) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Naqdi bəyan edib.
"Nüvə silahının tətbiqi onlar üçün böyük səhvə çevrilə bilər. Bombanın tətbiqindən növbəti səhər ABŞ-nin bütün dünyadakı hərbi bazaları ələ keçiriləcək. Bu gün vəziyyət İkinci Dünya müharibəsi dövründəki kimi deyil. Dünya xalqları oyanıb. Dünyada heç kim belə bir cinayətin törədilməsinə imkan verməyəcək, çünki növbəti dəfə bu, onların özünə toxuna bilər", — deyə o, Amerikanın BFMTV və ya PBS telekanalına müsahibəsində bildirib.
General ABŞ bazalarını SEPAH-ın müstəqil şəkildə, yoxsa başqa qüvvələrin köməyi ilə işğal edəcəyinə aydınlıq gətirməyib. İranda nüvə silahının yaradılması imkanına toxunan SEPAH nümayəndəsi bəyan edib ki, respublikanın "nüvə bombasına ehtiyacı yoxdur", çünki "İslam İnqilabının islami və ilahi dəyərləri dünyanı fəth edir".
Məryəm Quliyeva