Ukraynada sənətçilərimizin çıxışı böyük marağa səbəb olub Mədəniyyət
Ukraynanın İvano-Frankovsk şəhərində keçirilən "Karpatski Prostor" adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində mədəniyyət və incəsənət xadimlərimiz çıxış ediblər.
3 gün davam edən festivalda Ukraynada akkreditə olunmuş səfirliklər təmsil olunduqları ölkələrin milli mənəvi dəyərlərini nümayiş etdiriblər.
Festivalın açılış mərasimində Ukraynanın xarici işlər naziri Pavel Klimkin, təhsil naziri Liliya Qrineviç, İvana-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv, Ukrayna Ali Radasının deputatları və digər dövlət rəsmiləri çıxış edərək, beynəlxalq festivala 30-a yaxın ölkənin tanınmış mədəniyyət və incəsənət kollektivlərinin qatıldığını bildiriblər.
Son illər Azərbaycanın dünyanın ən mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etdiyini bildirən Ukraynadakı səfirimiz Azər Xudiyev ölkəmizin bu festivala geniş heyətlə qatıldığını vurğulayıb. Azərbaycanda multikulturalizmin və dini tolerantlığın inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edən səfir bu kimi festivalların keçirilməsini xalqlar arasında dostluğun möhkəmlənməsinə təkan verdiyini qeyd edib.
Festivalda Ukraynada fəaliyyət göstərən Azərbaycanın "Qafqaz" mahnı və rəqs ansamblının rəngarəng çıxışları, xüsusən də gənc müğənni Çingiz Mustafayevin şən və həzin ifaları böyük hərarətlə qarşılanıb.
Sonra mahir pianoçu Etibar Əsədlinin ifasında caz festivalına start verilib. Gənc istedadın konsertinə qatılan Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycanda bir çox sahələrlə yanaşı, mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət göstərildiyini bildirib.
Festival çərçivəsində nümayiş olunan "Əli Və Nino" filmi böyük maraqla qarşılanıb. Filmin nümayişi anşlaqla keçib.
Qeyd edək ki, festival çərçivəsində ölkəmizin zəngin milli mətbəxi nümayiş etdirilib.
Xarici ölkələrin Ukraynadakı səfirlərinin, İvano-Frankovsk şəhər administrasiyasının rəhbərliyinin və yerli media və şəhər sakinlərinin iştirak etdiyi təqdimatda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizin zəngin mətbəxi barədə məlumat verib. Səfirin sözlərinə görə, Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur: "Azərbaycan yeməkləri daha çox Şərq mətbəxinə yaxındır".
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə geniş məlumat verən diplomat vurğulayıb ki, bu, Şərqdə ilk demokratik respublika olub. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Yerli sakinlərin və qonaqların rəğbətlə qarşıladığı təqdimatda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, paxlava və digər məhsullar təqdim olunub.
Təqdimat zamanı Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən "Qafqaz" ansamblının çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.