Hindistanın zəngin mədəni irsi Qobustana gələn qonaqlara təqdim ediləcək Mədəniyyət

Hindistanın zəngin mədəni irsi Qobustana gələn qonaqlara təqdim ediləcək

Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması münasibətilə təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq Hindistanın Bakıdakı Səfirliyi Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə birlikdə Hindistan abidələri və irs məkanlarını Qobustanda nümayiş etdirəcək Hindistan Qalareyasının açılışı münasibətilə tədbir təşkil edib. Sərgi Hindistanın müstəqilliyinin 75-ci illiyinin qeyd olunması tədbirləri silsiləsinə daxildir.

Tədbirdə çıxış edən Hindistan Səfiri B. Vanlalvavna, Azərbaycanın ən ikonik tarixi məkanlarından biri olan Qobustanın Hindistanın ən məşhur tarixi abidə və məkanlarının bəzilərinin nümayiş olunduğu 16 şəkil plakatından ibarət sərgi üçün çox uyğun bir məkan olduğunu bildirib. Səfir, sərginin məşhur Tac Mahal, Qırmızı Qala və Cənubi Hindistanın məbədləri və s. kimi məkanları əhatə etdiyini və Qobustan kimi bu abidələr və məkanların Hindistanın UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş 40 məkanı sırasında olduğundan sərginin Qobustanda keçirilməsinin bu məkanlara yaraşan təqdir göstəricisi olduğunu vurğulayıb. Səfir həmçinin, sərginin Hindistanın zəngin mədəni irsini Qobustana gələn qonaqlara təqdim edəcəyini və ölkələrimiz arasında mövcud olan ortaq zəngin mədəni irsimiz arasında bağlantı rolunu oynayacağını bildirib.

Səfir həmçinin Hindistanın 75 illiyi münasibətilə təşkil olunan tədbirlər haqqında danışaraq Hindistanın 15 avqust, 2022-ci ildə müstəqil ölkə kimi 75 ilini tamamlayacağını və Hindistan höküməti və xalqının bu ilin mart ayından etibarən bu önəmli tarixi hadisənin qeyd olunması münasibətilə 2023-cü ilin avqust ayına qədər daha iki il müddətində davam edəcək tədbirlər silsiləsi başlatdığını qeyd edib. O bildirdi ki, Azadi ka Amrut Mahotsav təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərin mütərəqqi Hindistanın 75 ilinin, Hindistan xalqının şanlı tarixinin və mədəniyyətinin və dünyanın ən böyük demokratiyası kimi mövcudluğunun təntənəli şəkildə anılması bayramıdır.

Səfir, illər ərzində Hindistanın dünyanın 5-ci ən böyük iqtisadiyyatına çevrildiyini və qlobal iqtisadiyyatın stabilliyinə və inkişafına əhəmiyyətli şəkildə töhfə verdiyini diqqətə çatdırıb və bildirib ki, Hindistanın kənd təsərrüfatı sektorunda əldə etdiyi əhəmiyyətli inkişaf və əczaçılıq və informasiya texnologiyaları sektoru da daxil olmaqla elm və texnologiyada irəliləyişi Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif hissələrində tanınır. O, Hindistanın dünya ölkələrində sayı 30 milyondan çox dolan diaspora nümayəndələrinin bir çox sahələrdə uğurlar əldə etməsini və yaşadıqları cəmiyyətə müsbət töhfələr verməsini mədh edib. Səfir, Hindistanın 75-ci ildönümü məqsədilə planlaşdırılan müxtəlif tədbirlərin təbliğinə media nümayəndələrini qoşulmağa dəvət edib.