Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
24 Fevral 2025 10:57
11 221
“Birləşmiş Ştatlar belə qənaətə gəlib ki, Trampın rəhbərliyi altında Ukraynada hərbi əməliyyatlar artıq davam edə bilməz. Rusiya üçün belə bir sülh NATO-nun məğlubiyyəti demək olardı. Rusiyanı razı salmağın əsas yolu onlara qələbə hissi verməkdir ki, bu da sülhü Rusiya üçün məqbul edəcək. Çünki Rusiya əldə etdiyi sülhü öz xalqına qələbə kimi əks etdirə biləcək. Əgər sülh əldə olunarsa, dünyanın əksər hissəsi Rusiyanı qalib kimi qəbul edəcək. Rusiya üçün Kiyevin ərazisinin 20 faizinə nəzarəti ələ keçirməsini nəzərdə tutan razılaşma məqbul görünür. Rusiyanın yeni dünya nizamının səbəbi kimi göstərdiyi NATO-nun genişlənməsi yəqin ki, hələlik bitib. Demək olar ki, Rusiya belə uzunmüddətli münaqişəyə hazır deyildi və bunun üçün ağır iqtisadi bədəl ödədi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.
Politoloq qeyd edib ki, Zelenskiyə ABŞ-dən yalnız yerinə yetirilən bir şey təqdim edildi: “Ukraynanın bundan sonra edə biləcəyi şey sülh masasında mümkün olan ən yaxşı nəticəyə nail olmaqdır. Bu səbəbdən Ukraynanın Türkiyə, Fransa, İngiltərə kimi dövlətləri sülh masasına oturtmaqla dəstəyini almağa çalışdığını söyləyə bilərik. Ukrayna özünü Rusiya “təhlükəsindən” qorumaq üçün təhlükəsizlik zəmanəti istəyir. Rusiya isə Ukraynanın neytrallığının təmin olunmasını istəyir. Bu məqamda razılaşma həm ABŞ, həm də Rusiya üçün kifayət qədər siyasi və iqtisadi gəlirlər verəcəkdi”.
Z.Ruslanqızının sözlərinə görə, Avropa və Kiyevin dəvət olunmadığı Ər-Riyad görüşü beynəlxalq münasibətlərdə yeni eranın başlanğıcını göstərir: “Avropa liderləri Paris görüşündə vahid Avropa strategiyasının zəruriliyindən başqa heç bir konkret addım elan etmədilər. Onların Ukrayna ilə bağlı hələlik planları yoxdur. Dünya dönməz şəkildə çoxqütblülük dövrünə qədəm qoyur. Çin və Rusiyanın gözlənilməz yüksəlişi ABŞ-ın liderlik mövqeyini şübhə altına alır. Bu mənada Tramp-Putin görüşü Çin, İran və bütün Yaxın Şərqə təsir edə bilər. Bir sözlə, mümkün sülh yalnız Ukrayna ilə məhdudlaşmayacaq”.
Röya İsrafilova
8 Noyabr 18:13
959
8 Noyabr 18:12
924
8 Noyabr 17:34
973