Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin Gündəm

Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin

SSRİ-nin dağılmasından sonra sivil dünya qərara gəldi ki, Rusiya zəifləyib və onu bitirmək lazımdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu sivil dünya qərara gəldi ki, Rusiya zəifləyib, Sovet İttifaqı adlanan tarixi Rusiya dağılıb və qalan hissələri bitirmək lazımdır. Onların ən böyüyü Rusiya və onu da 4-5 hissəyə bölmək lazımdır. Mən ölkənin gələcəyi üçün məsuliyyət daşıyırdım və təbii ki, bunun heç vaxt baş verməməsi üçün çalışmağa başladım. Qərb tərəfdaşlarına Rusiyanın maraqlarına hörmət etməyə çağırış və 2007-ci il çıxışı da bundan irəli gəlir”, - Putin bildirib.