

Vaşinqton nə vaxtsa Kanadanı ABŞ-a birləşdirmək üçün hərbi gücdən istifadə etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-a birləşmə ehtimalı barədə suala cavab verərkən deyib.
"Mən heç vaxt o nöqtəyə gələcəyimizi düşünmürəm. Qrenlandiya ilə bağlı nəsə ola bilər, düzünü desəm, buna həm milli, həm də beynəlxalq təhlükəsizlik üçün ehtiyacımız var, lakin hesab edirəm ki, Qrenlandiya məsələsinin güclə həlli mümkün deyil. Mən bunu Kanada ilə ümumiyyətlə görmürəm", - o bildirib.
Tramp bəyan edib ki, Kanada ABŞ-ın bir hissəsi olarsa, dəyərli dövlətə çevriləcək:
"Uzun illər əvvəl xətkeşlə çəkilmiş bu süni xətt (Kanada ilə ABŞ arasındakı sərhəd - red.) olmayan xəritəyə baxanda bunun necə gözəl ölkə ola biləcəyini təsəvvür belə edə bilməzsiniz".