Bakıda və Şamaxıda bərabərlik qeydə alındı İdman

Bakıda və Şamaxıda bərabərlik qeydə alındı

19:20

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə qarşılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, Şamaxıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb, "Səbail" 22 xalla sonuncu yerdədir.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" evdə "Turan Tovuz"u məğlub edib - 1:0.

***

"Araz-Naxçıvan" və "Sabah" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Naxçıvan təmsilçisi 55 xalla üçüncü, 41 xalı olan "Sabah" isə beşincidir.