Polşa MN: Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi müharibə təhlükəsi yaradacaq
İtkin düşmüş şəxslərin identifikasiyası üzrə təlim keçirilib
Prezident son bir ildə Azərbaycandan Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
4 May 2025 22:08
2 723
2025.05.01. 00:32
İranın cənubundakı Bəndər-Abbas limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 deyil, 57 nəfər təşkil edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında bildirilib.
Qeyd edilib ki, 70 nəfərin 57 nəfərə azalmasının səbəbi partlayış nəticəsində qopan insan əzalarının bir yerə yığılmasından sonra aparılan araşdırma və analizlərdir.
İran mediası hadisə ilə əlaqədar iki nəfər həbs olunduğunu da yazıb. Həbs edilənlərdən birinin dövlət məmuru olduğu bildirilsə də, ad-soyadı və vəzifəsi açıqlanmır.
Qeyd edək ki, sözügedən limanda dəhşətli partlayış 26 apreldə baş verib.