4 May 2025 21:32
5 831
Braziliya polisi şənbə günü Rio-de-Janeyroda Ledi Qaqanın çıxışı zamanı planlaşdırılan terror aktının qarşısını alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rio Qrande-du-Sul ştatının hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlum olub ki, terror aktının təşkilatçıları olduğu iddia edilən yeniyetmələr kustar üsulla hazırlanmış partlayıcılardan istifadə etməklə hücumu həyata keçirməyə cəlb ediliblər.
Əməliyyat çərçivəsində 9 şəhərdə axtarışlar aparılıb. Bir kişi həbs edilib, bir yeniyetmə saxlanılıb.
G1 portalının məlumatına görə, Ledi Qaqanın Kopakabana çimərliyində tamaşaçılar üçün pulsuz olan konsertinə 2 milyondan çox insan toplaşıb.
5 İyun 11:31
1 442
5 İyun 11:31
1 519
5 İyun 08:41
1 540