Arakçı Pakistan və Hindistana gedir – Vasitəçilik başladı? Dünya

Arakçı Pakistan və Hindistana gedir – Vasitəçilik başladı?

İranın xarici işlər naziri Abbas Arakçı mayın 5-i Pakistana, ardınca isə Hindistana səfər edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.

Onun sözlərinə görə, Arakçının planlaşdırılan səfəri qonşu ölkələrlə müntəzəm məsləhətləşmələrin bir hissəsidir.

Mətbuat katibi bildirib ki, səfər zamanı xarici işlər naziri Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələri, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək.

O əlavə edib ki, Abbas Arakçı həftənin sonunda Hindistana rəsmi səfərə gedəcək.

Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik yaşandığı məqamda Arakçının səfəri diqqət çəkib.