Qəzzada 52,500-dən çox insan ölüb Gündəm

Qəzzada 52,500-dən çox insan ölüb

2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 52 500-ü ötüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

"2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlarda ölənlərin sayı 52 535 nəfərə çatıb, 118 491 nəfər yaralanıb", - məlumatda deyilir. Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 40 ölü və 125 yaralı yerləşdirilib.