“Azərbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə zəngin dövlətdir” Gündəm

“Azərbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə zəngin dövlətdir”

“Azərbaycanda ənənəvi olaraq islamofobiya ilə bağlı konfrans keçirilir və burada dünyanın tanınmış ekspertləri, siyasi, dini çevrəni təmsil edən şəxslər iştirak edir, çıxış edir. Əlbəttə ki, Azərbaycan din mövzusunda və digər mövzularda da bölücülüyün, ayrı-seçkiliyin və selektiv yanaşamın əleyhinədir və bu istiqamətdə öz təcrübəsini bölüşür”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ilə zəngin bir dövlət olduğunu vurğulayaraq əlavə edib ki, burada bütün etnik azlıqlar, dini konfessiyalar hamroniya şəklində, həmrəy formada yaşayırlar və Azərbaycanda bu istiqamətdə heç bir problem qeydə alınmayıb: “Tarixən formalaşan ənənələr, birgəyaşayış fəlsəfəsi, Azərbaycançılıq ideyası bu bölgə üçün hakim olub və onun nəticələri də göz qabağındadır. Vətən müharibəsində bütün vətənini sevən, yurduna bağlı olan şəxslər silaha sarılaraq vətənin müdafiəsinə qalxdılar və bizim əzəli torpaqlarımız işğaldan azad olundu. Bu, bizim hamımızın qələbəsidir. Bu qələbə ilə biz haqlı olaraq öyünürük”.

İ.Hüseynovun bildirdiyinə görə, digər tərəfdən isə Azərbaycanın dünyada gedən tendensiyalara, çox mənfi axınlara qarşı çıxış etməsi, islamofobiya ilə bağlı siyasi gündəliyin formalaşmasında iştirakı təqdirəlayiqdir və çox uğurlu nəticələr vəd edir: “Çünki burada informasiya müstəviqisində də, hibrid kontekstdə də bir sıra yanlış tezislər və doğru olmayan narrativlər yayılıb. Bütün bunların qarşısını almaq üçün məlumat mübadiləsi və eləcə də düzgün istiqamətdə elmi, akademik çıxışlara, yazılara və məqamlara, həmçinin forumlara, toplantılara, müzakirələrə ən əsası isə dialoqa ehtiyac var. Bakı isə bu dialoq platformalarının ən önündə gedən mühüm müzakirə mərkəzidir”.

Röya İsrafilova