20 Yanvar 11:51
20 Yanvar 11:24
22 İyul 2025 11:06
4 676
“Hesab edirəm ki, jurnalistlərin dostu, onların ən böyük hamisi adlandıra biləcəyimiz Azərbaycan Prezidenti Azərbaycan mətbuatının, jurnalistlərinin durumunu çox dəqiq təsvir elədi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü deyib.
M.Göyüşlünün sözlərinə görə, Azərbaycan mətbuatı peşəkar, vətənpərvər jurnalist ordusundan ibarətdir və ölkəmizə qarşı olan informasiya savaşında, hücumunda, təxribatında fəal mövqe, çalışma göstərə bilən mətbuatdır, jurnalist ordusudur: “Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda mətbuatımız haqqında söylədikləri bizim fəaliyyətimizə verilən ən böyük qiymətdir. Mən bunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan jurnalistləri bundan sonra da Azərbaycan Prezidentinin, dövlətinin, xalqının onlara olan etimadını doğrultmalıdırlar və doğruldacaqlar da”.
Röya İsrafilova
20 Yanvar 16:28
1 036
20 Yanvar 11:51
1 246
20 Yanvar 11:24
1 449