Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
16:46
994
Türkiyənin cənub-şərqində arxeoloqlar, ilkin məlumatlara görə, təxminən 1600 il əvvəl tikilmiş, yaxşı qorunan şərab istehsalı mərkəzi aşkar ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Artefaktlar eramızdan əvvəl II əsrdə Yunan-İran monarxiyası olan Kommagen Krallığı üçün tikilmiş qədim Kahta Qalasının yaxınlığında aşkar edilib.
Arxeoloqların fikrincə, aşkar edilmiş Roma dövrünə aid yaşayış məskəni təxminən 37 hektar ərazini əhatə edir və üzüm emalı müəssisələri, su sisternləri və üyütmə daşlarından ibarətdir.
İl Muzeyinin direktoru Mehmet Alkan qeyd edib ki, binanın bünövrəsi qeyri-bərabər formalı daşlardan tikilməsinə baxmayaraq, “təəccüblü dərəcədə yaxşı” qorunub saxlanılıb. O, bu sahənin sənaye miqyasında istifadə oluna biləcəyini və qalaya yaxın olduğuna görə müəyyən vaxtlarda yaşayış məntəqəsi kimi istifadə oluna biləcəyini ehtimal edib.
"Dizayn və miqyasına görə bu, Roma dövründə mühüm şərabçılıq mərkəzi olub. Biz qazıntıları davam etdirəcəyik və ərazini qorunan arxeoloji zona kimi qeydiyyata almağı planlaşdırırıq", - Alkan bildirib.
Qazıntılara Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərazidən bir neçə tarixi dəyərli fraqment aşkar edildikdən sonra başlanılıb.
Məryəm Quliyeva