11:17
903
“Rusiya-Ukrayna arasında sülh prosesi ilə əlaqədar həm ABŞ tərəfindən 28 maddəlik, həm də Cenevre görüşündə Avropa İttifaqı üçlüyü (Böyük Britaniya, Almaniya, Fransa) tərəfindən təkliflər irəli sürülüb. Buna baxmayaraq müharibə davam edir. Rusiya hərbi qüvvələri Ukraynanın ərazisin atəşə tuturlar, ən əsas da Kupryansk və Zaporojye istiqamətində”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Y.Bağırzadə qeyd edib ki, böyük ehtimalla təqribən bir həftə müddətinə hər hansı formada atəşkəs rejimi müəyyən olunacaq: “Çünki Tramp dedlaynı noyabrın 27-dək qoyub. Yəni xristian bayramı var. Tramp həmin bayram ərəfəsində bununla əlaqədar tərəflər arasında hər hansı bir razılıq olsun istəyir. Trampın Rusiyaya qarşı sanksiyaları davamlıdır. Hətta Konqresdə Rusiyaya qarşı sanksiyanın artırılması, əlavə olunması, vaxtının uzadılması ilə əlaqədar imzalar toplanılır. Digər tərəfdən də Ukrayna Prezidentinin ətrafı korrupsiya ilə əlaqədar həbslərə məruz qalıb. Ona görə Trampın hər iki tərəfə təsir etmək imkanları böyükdür. Buna görə də irəliləyiş gözlənilir”.
Röya İsrafilova