İsraildə parlament seçkilərində yekun iştirak faizi 77,7% təşkil edib Dünya

İsraildə parlament seçkilərində yekun iştirak faizi 77,7% təşkil edib

Oktyabrın 27-də İsrail Knessetinə (parlamentinə) keçirilən 26-cı çağırış seçkilərində iştirak faizi 77,7% təşkil edib ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, İsraildə 2022-ci ilin noyabrında keçirilmiş əvvəlki parlament seçkilərində iştirak 70,63% olmuşdu.

"Kan-11" dövlət teleradio şirkətinin "exit-poll"un (səsvermədən çıxan seçicilər arasında sorğu) seçkilərin nəticələrinə görə İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyasının birinci yeri tutacağını proqnozlaşdırır. Məlumatlara əsasən, bu partiya 120 yerlik parlamentdə 25 mandat qazanır, baş nazirin müxalifətdən olan əsas rəqibi Qadi Ayzenkotun "Yaşar" partiyası isə 21 yerlə ikinci sıranı tutur. Bununla belə, müxalifət bloku hazırkı hakim koalisiya partiyalarının blokunu üstələyir. "Kan-11"in "exit-poll"una görə, müxalifətçilərin ümumilikdə 53 yeri, Netanyahunun blokunun isə 50 yeri var.

Məryəm Quliyeva