12:35
420
“Prezident İlham Əliyev forumun açılışındakı çıxışında Azərbaycanın və regionun tarixində yeni mərhələnin başlandığını vurğuladı. İşğal olunmuş ərazilərin azad edilməsindən sonrakı bu mərhələnin məqsədi sülhə nail olmaq və onu möhkəmləndirməkdir”.
Bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının dini məkanların qorunması planı çərçivəsində tərəflərə kömək etməyə hazırdırlar.
“UNESCO və digər qurumlar, eyni zamanda, BMT Təhlükəsizlik Şurası bu prosesə dəstək verə bilər. Məqsəd barışıq prosesini reallığa çevirməkdir”, - Moratinos vurğulayıb.
12:49
322
12:47
315
11:27
567