Zelenski Niderlanda rəsmi səfər edəcək Dünya

Zelenski Niderlanda rəsmi səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü, oktyabrın 28-də Niderlanda səfər edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "European Pravda" qəzeti Hollandiya hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Zelenskinin səfəri Niderlandın Baş naziri Rob Yettenin rəsmi iqamətgahında qəbulla başlayacaq. Əvvəlcə ikitərəfli söhbət, sonra isə Baş nazirin müavini - müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius və xarici işlər naziri Tom Berendsenin iştirakı ilə nümayəndə heyətlərinin iclası keçiriləcək.

Bundan sonra Niderland və Ukrayna şirkətlərinin rəhbərləri ilə görüş nəzərdə tutulub.

Çərşənbə günü axşam, oktyabrın 28-də Niderland kralı Villem-Aleksandr Haaqadakı kral sarayında Zelenskini qəbul edəcək.

Əvvəllər Niderlandın Ukrayna ərazisində hərbi qulluqçuların hazırlanması üzrə təlim mərkəzlərinin işinə 10 milyon avro ayıracağı bildirilmişdi.

Bundan əlavə, Niderland hökuməti 2027–2029-cu illərdə Ukraynanın bərpası və yenidən qurulmasına əlavə 327 milyon avro ayırmağı planlaşdırır.

Məryəm Quliyeva