Hindistanda "Arnab" siklonu nəticəsində azı üç nəfər həlak olub Dünya

Hindistanda "Arnab" siklonu nəticəsində azı üç nəfər həlak olub

Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatında güclü "Arnab" tropik siklonu nəticəsində azı üç sakini həyatını itirib.

Xalqcebhesi.az "PTI" agentliyinə istinadən xəbər verir ki, güclü küləyin sürəti saatda 125–135 km-ə çatıb, şiddətli yağışlar isə 30-dan çox binanın dağılmasına səbəb olub. Sahil zonasından təhlükəsiz ərazilərə 90 mindən çox insan təxliyə edilib.

Siklon səbəbindən Andhra-Pradeşdə onlarca dəmir yolu və aviareys ləğv edilib, həmçinin balıqçı gəmilərinin dənizə çıxışına məhdudiyyətlər qoyulub. Siklonun oktyabrın 31-də Odişa və Qərbi Benqaliya ştatlarının sahil ərazilərinə təsir edəcəyi gözlənilir.

Məryəm Quliyeva