16:57
490.jpg)
Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı musiqi və poeziya gecəsi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, gecədə görkəmli sənətkar Müslüm Maqomayevə həsr olunan sonet dinləyicilərdə duyğulu anlar yaşadıb. Əsəri Çexiyadakı “Natəvan” Cəmiyyətinin və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, tanınmış şairə Leyla Begim Cəfərova ifa edib. Bu əsər Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə Düsseldorf və Bakıda keçirilən tədbirlərdə də səsləndirilib.
Gecənin musiqi proqramını Beynəlxalq Antonin Dvorjak və Avropa Qustav Mahler mükafatlarının laureatı, skripkaçı Aleksandr Şonert müşayiət edib. Onun məşhur “Melodiya” əsərini skripkada səsləndirməsi gecənin ən yaddaqalan anlarından olub. Natalya Şonertin fortepiano ifaları isə proqramı daha da zənginləşdirib.
Proqramda, həmçinin tanınmış jurnalist və yazıçı Boris Qoldberq, eləcə də aktrisa və şair Nataliya Volkova öz sonetlərindən parçalar təqdim ediblər.
Poeziya və klassik musiqinin bir-birini tamamladığı gecə Müslüm Maqomayevin əziz xatirəsinə ehtiramın ifadəsi ilə yadda qalıb.
15:38
588
27 Oktyabr 17:15
1 008
27 Oktyabr 16:23
1 071
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)