Əraqçi: Tehran-Moskva münasibətləri hərtərəfli inkişaf edir Gündəm

Əraqçi: Tehran-Moskva münasibətləri hərtərəfli inkişaf edir

Rusiya-İran münasibətləri hərtərəfli inkişaf edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutski ilə görüşündə bildirib.

"Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında münasibətlər hərtərəfli inkişaf edir. Biz demək olar ki, bütün sahələrdə əməkdaşlıq edirik", - deyə o, Dövlət Dumasında keçirilən görüşdə bildirib.

İranın xarici işlər naziri həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndiyini qeyd edib.

Məryəm Quliyeva