10:48
469
İranın ballistik raketlərin kütləvi istehsalı və dronların sayını artırması, havadan müdafiə sistemlərini yenidən qurması İsraili preventiv addımlar atmağa məcbur edə bilər.
Həmçinin İran öz hərbi hava qüvvələrinin parkını yeniləyib, yeni qırıcı alırlar. Çin və Rusiya İrana hərbi lojistika imkanlarını genişləndirir.
Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, İranın strateji planı Yaxın Şərqdə yenidən geosiyasi mövqelərini möhkəmləndirmək və ABŞ-la danışıqlara getməməkdir. İsrail bunu özünün varlığı üçün təhlükə bildiyi üçün İrana qarşı növbəti hərbi kampaniyaya ABŞ qoşmağa çalışır:
"Müharibə başlayarsa, 12 günlük müharibədən daha da genişmiqyaslı və dağıdıcı ola bilər. Xüsusilə, İsrailin kiçik ərazisi İranın kütləvi raket hücumlarına məruz qalacaq.
Həmçinin İran İsrailə öz ərazilərindən müqavimət göstərəcək. İsrail təkbaşına İrana hücumu ağır nəticələrə səbəb olar.
Amma, ABŞ müdaxilə edəcəksə, İran hakimiyyətinin taleyi sual altında ola bilər".
Cavid