“Bu prosesin Rusiyanın gözləntilərini doğruldacağını düşünmürəm”
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində çox mühüm rol oynayır
Ağdərə və Xocalının kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 1100-ü keçib
İran: Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcəyik
11:23
525
“Rusiya Prezidenti Vladimir Putin Qərblə əməkdaşlıqda maraqlı tərəf kimi görünür. Hərçənd ki, onun Ukrayna müharibəsi fonunda Qərbin Avropa qanadına qarşı kəskin ittihamları özünü biruzə verməkdədir və həmin ittihamlar Avro-Atlantik məkanın təhlükəsizlik strukturlarını hədəf alan hərbi ritorikanı nümayiş etdirir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
A.Kərimov bildirib ki, lakin Putin Co Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasına qarşı hər hansı bir kəskin mövqedən çıxış etmir: “Onun belə ehtiyatlı davranması bunu deməyə əsas verir ki, Rusiya ABŞ ilə yeni geosiyasi bölgünün həyata keçirilməsi üçün ən azından şifahi razılıq əldə edib və bu bölgünün aparılması təkcə Ukrayna ilə məhdudlaşmayacaq, daha geniş coğrafiyaları əhatə edə bilər. Bununla belə Putin onu da anlayır ki, Ukraynada aparılan müharibə öz məqsədlərinə çatmadıqca və vaxt keçdikcə Rusiyanın istəkləri və arzuları tam reallaşmadıqca Kreml hakimiyyətinə qarşı birbaşa təzyiqlər və təhdidlər yarana bilər”.
Siyasi şərhçi əlavə edib ki, bu təzyiq və təhdidlərin əsas nüvəsi elə Kreml daxilindəki elitadır: “Buna görə də Ukrayna müharibəsi Putinin həm də legitimlik məsələsini həll edə biləcək əsas faktorlardan biridir. Bu baxımdan Putin həm Qərblə münasibətlərdə, həm öz hakimiyyətinin qorunub saxlanması məsələsində incə bir balans axtarır. Buna görə də kəskin olaraq verdiyi mesajlarla bərabər, tərəfdaşlıq və münasibətlər sistemindəki praqmatik məqamları da qeyd etməyi özünə borc bilir”.
Röya İsrafilova