10:46
1 169
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün razılaşma ilə bağlı açıqlamasında bildirib ki, “Bu razılaşma bərabərlik prinsipi əsasında olmalı, təzyiq və təhdidlərdən uzaq dayanmalı, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməlidir”.
Xalqcebhesi.az xəbər verir ki, Abbas Əraqçi sosial media hesabında paylaşdığı bəyanatda ABŞ Prezidenti Donald Trampın razılaşma mesajına cavab verib.
Əraqçi qeyd edib ki, İran hər zaman qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabərhüquqlu nüvə razılaşmasını müsbət qarşılayıb:
“Bu razılaşma bərabərlik prinsipi üzərində qurulmalı, təzyiq, hədə-qorxu və qorxutma elementləri daşımamalı, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və nüvə silahı əldə etməyəcəyinə zəmanət verməlidir”.
Əraqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə belə silahları əldə etməyə heç vaxt çalışmayıb. O, eyni zamanda, İrana qarşı istənilən hücuma dərhal və güclü cavab verməyə hazır olduqlarını da bildirib.
Məryəm Quliyeva