11:59
588
“Proseslər onu göstərir ki, may ayına qədər Rusiya və Ukrayna maksimum səylər ortaya qoyaraq hərbi istiqamətdə uğur əldə etmək istəyir. Son günlər Ukrayna ordusunun bir sıra məntəqələrini azad etməsi ilə bağlı xəbərlər səsləndirilməkdədir”.
Bunu xalqcebhesi açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib.
Z.Məmmədov bildirib ki, indiki vəziyyətə görə ciddi şəkildə təmas xəttində dəyişikliklərin olması gözlənilmir: “Amma özü-özlüyündə biz hərbi sahədə ciddi şəkildə həm strateji, həm də kəfiyyyat cəhətdən işlərə şahidlik etməkdəyik. 2022-ci ildən başlayan bu müharibənin dördüncü ili tamam olmaqdadır və ildönümünə təsadüf edən vaxtda xüsusilə hər iki tərəf uğur əldə etmək istəyir. Amma danışıqlar gedir və danışıqlarda təkcə Ukrayna və Rusiyanın yox, ümumiyyətlə, dünyanın taleyinə təsir göstərə biləcək məqamlar var”.
Röya İsrafilova