Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
5 Mart 21:28
2 891
“İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu regionda gərginliyi artıran ciddi hadisədir”.
Bu fikirləri politoloq Əli Mustafa Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, baş verən hadisə Azərbaycan üçün gözlənilməz olub və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsinə uyğun gəlmir.
Politoloq qeyd edib ki, Azərbaycan hər zaman regionda müharibə və qarşıdurmaların əleyhinə olub və xüsusilə ABŞ–İran gərginliyinin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir:
“İranda 50 milyondan çox soydaşımız yaşayır. Ona görə də İranda baş verən hərbi qarşıdurmalar həmin insanların həyatına da ciddi təsir göstərir. Azərbaycan hər zaman regionda sabitliyin qorunmasında maraqlı olub”.
Ekspert bildirib ki, buna baxmayaraq, son hadisə regionda eskalasiyanı artıran addım kimi qiymətləndirilə bilər:
“Hazırda İran bir sıra qonşu dövlətlərlə gərgin münasibətlər yaşayır. Belə bir şəraitdə nə şimaldakı, nə də cənubdakı qonşularla münasibətlərin pisləşməsi İranın maraqlarına uyğun deyil. Naxçıvana edilən hücum isə regionda əlavə gərginlik yaradır”.
Politoloq hesab edir ki, bu hadisə İranın regionda daha da təklənməsinə gətirib çıxara bilər.
Günel Elxan
15 Sentyabr 17:53
1 169
15 Sentyabr 17:50
1 155
15 Sentyabr 17:15
1 162