Tehrandan Hörmüz boğazı planı: Gəmilərdən vergi tutula bilər Gündəm

Tehrandan Hörmüz boğazı planı: Gəmilərdən vergi tutula bilər

İran Məclisi (birmandatlı parlament) Hörmüz boğazından istifadə etmək istəyən ölkələrdən rüsumların tutulmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə deputat Somaye Rafiei məlumat verib.

"Biz elə bir qanun layihəsini irəli sürürük ki, ona əsasən, əgər ölkələr Hörmüz boğazından gəmiçilik, enerji daşınması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsiz marşrut kimi istifadə edirlərsə, onlar İran İslam Respublikasına rüsum və vergilər ödəməyə borclu olacaqlar", — deyə İranın dövlət teleradioşirkəti onun sözlərindən sitat gətirib.

Məryəm Quliyeva