AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək İqtisadiyyat

AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

Bu barədə Milli Depozit Mərkəzi (MDM) tərəfindən bildirilib. Qeyd edilib ki, 01 iyul 2026-cı il tarixində AYİB-in buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək. Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 manat təşkil edir.

Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 min manat təşkil edən istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla başa çatdırılıb.