ABŞ nümayəndə heyəti İslamabadı tərk edib Gündəm

ABŞ nümayəndə heyəti İslamabadı tərk edib

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner İran nümayəndə heyəti ilə danışıqlardan sonra İslamabadda qalmayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

CBS News telekanalının müxbiri Cennifer Ceykobs öz "X" hesabında qeyd edib ki, "İranla danışıqlardan sonra ABŞ nümayəndə heyətindən heç kim Pakistanda qalmayıb".

"Rəsmi şəxslərin CBS News-a verdiyi məlumata görə, Cared Kuşner, Stiv Uitkoff və texniki qrup İslamabadı tərk edib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə ABŞ-ın şərq sahili vaxtı ilə səhər saat 07:00 radələrində Almaniyadakı Ramştayn aviabazasına eniş edib", — deyə Ceykobsun paylaşımında bildirilir.

Məryəm Quliyeva