09:54
609
“ABŞ və İran arasında əldə olunan 15 iyun razılaşmasının növbəti dəfə pozulması tərəflərin öz mövqeyinin gücləndirilməsinə hesablanıb. Xüsusilə biz gördük ki, Oman Hörmüz boğazından əlavə bir dəhliz açıb. Bundan sonra tərəflər arasında atəşkəs pozuldu”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.
Politoloq deyib ki, hazırda yenidən ABŞ və İran tərəfi razılaşıb və gələn həftə Qətərdə görüş keçiriləcək: “Yəni ABŞ ilə İran arasında münasibətlər kövrək olaraq qalır. SEPAH da öz mövqeyindən çəkilmək istəmir. Bir tərəfdən İran daxilində ABŞ ilə bağlı razılaşmada mühafizəkar dairə islahatçılarını sərt tənqid edib”.
O hesab edir ki, böyük eskalasiya olmayacaq: “Amma tərəflər arasında lokal atəşkəsin pozulması mümkündür. Danışıqlar da gedəcək. Bir tərəfdən İsrailin Livandakı hərəkətliliyi də atəşkəsi kövrək olaraq saxlayır. Ancaq düşünürəm ki, proseslər müsbətə doğru davam edəcək və tərəflər arasında yekun müqavilənin bağlanması da mümkündür. Çünki həm İrana, həmçinin ABŞ-yə uzunmüddətli müharibə sərf etmir və tərəflər növbəti mərhələdə anlaşma əldə edəcəklər. Ümumiyyətlə, yenidən alovlanma baş verərsə, bu, regionda genişmiqyaslı müharibəyə gətirib çıxara bilər”.
Röya İsrafilova