Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
10:46
595
Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı təxminən 4 dəfə artıb.
“Bizim məqsədimiz müəllim peşəsinin ən yüksək maaşlı peşələrdən birinə çevrilməsidir”, – Emin Əmrullayev vurğulayıb.
Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına əsasən hesablandığı müddətdə maaşların artırılması müəyyən çətinliklər yaradır.
O bildirib ki, hazırda 14 228 müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu isə bütün müəllimlərin təxminən 12 faizini təşkil edir. Bununla yanaşı, 14 372 müəllim həftədə cəmi 8 saat dərs deyir və təxminən 500 manat əməkhaqqı alır.
11:58
63
11:56
105
11:56
98