İsrail ordusu İranla müharibəyə hazırlıq əmri verib Gündəm

İsrail ordusu İranla müharibəyə hazırlıq əmri verib

İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir İranla hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazırlıq əmri verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatında deyilir:

"Zamir qoşunlara yüksək döyüş hazırlığı rejiminə keçməyi və yaxın vaxtlarda İranla hərbi münaqişənin bərpa olunması ehtimalına hazır olmağı əmr edib."

Bildirilir ki, İsrailin hərbi kəşfiyyatı hazırda zərbə endiriləcək hədəflərin siyahısını sürətli şəkildə hazırlayır.

Məryəm Quliyeva