17:44
700
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) və digər ölkələrin Hörmüz boğazının blokadasına başladığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Truth Social hesabında yazıb.
"Bu andan etibarən dünyanın ən yaxşısı olan Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmağa və ya oradan çıxmağa çalışan istisnasız bütün gəmiləri blokadaya almağa başlayacaq", — bildirib.
"Blokada yaxın vaxtlarda başlayacaq. Bu blokadada digər ölkələr də iştirak edəcək", — deyə Amerika lideri əlavə edib.
Məryəm Quliyeva